Yalnız Laçın dəhlizini bağlasaq, məsələ bitəcək... - Tofiq Zülfüqarov 

18:55 25.11.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın siyasi dairələrinin özlərini və xalqlarını haraya sürüklədiklərini Allah bilir... Sadəcə, belə qənaətə gəlmək olur ki, bunlar reallığı anlaya bilmirlər. Əhali Ermənistandan da, Qarabağdan da qaçır,  iqtisadi, hərbi və digər sahələrdə böhran gündən-günə güclənir. İki gündən bir nazir dəyişilir.  

Bu fikirləri hafta.az-a politoloq Tofiq Zülfüqarov deyib. Onun sözlərinə görə, bu vəziyyətdə ola-ola rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünə qarşı hər hansı bir ardıcıl, uğurlu siyasət apara bilərmi? 

"Yalnız Laçın dəhlizini bağlasaq, məsələ bitəcək... Yəni tələb, ultimatum qoyacağıq ki, Qarabağdakı qanunsuz silahlı birləşmələr, terrorçular çıxarılsın və s. Nə edəcəklər?  İstənilən  müstəqil ölkə bizim yerimizdə olsa, belə addımları atar... Bir sözlə, mən hesab edirəm ki, Paşinyan yenə də öz xalqına qarşı  çox xəyanətkar bir siyasət aparır. Çünki populist siyasət arxasında öz siyasi varlığını xilas etməyə çalışır... Və belə bir durumda  Paşinyanın siyasəti Azərbaycan üçün də  daha qətiyyətli addımlar atmaq üçün şərait yaradır. Həm Zəngəzur, həm sərhəd və Qarabağ məsələlərində... Sən mənim ərazi bütövlüyümü de-fakto tanımırsansa, deməli,  mən də sənin ərazi bütövlüyünü tanımaq məcburiyyətində deyiləm..."